Yeni çəkidə ilk medal

  • Bu gün, 15:37

Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə keçirilən turnirə yekun vurulub.

Sportlife.az xəbər verir ki, 55-ci dəfə təşkil edilən Memorialın son günündə 61, 70, 79, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan təmsilçimiz ənənəvi yarışda bürünc medal qazanıb.

Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.


Paylaş: