
Azərbaycan badmintonu tarixində ilk
Azərbaycan badminton üzrə dünya çempionatında ilk dəfə 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.
Sportlife.az xəbər verir ki, avqustun 25-31-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.
Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadınlardan Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu cütlüyü və qarışıq-qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi mundialda təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.