
“Çelsi”nin təklifi rədd edilib
"Borussiya” “Çelsi”nin vingeri Ceymi Bayno-Gittens üçün ilk təklifini rədd edib.
Sportlife.az xəbər verir ki, “Çelsi” futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır, lakin Dortmund klubu ən azı 50 milyona ümid edir. “Borussiya” futbolçusunun dəyərinə arxayındır və transfer qiymətini aşağı salmaq istəmir. Londonlular da əhəmiyyətli bonus ödənişləri əlavə etməklə sövdələşmənin ümumi məbləğini artırmaq imkanını nəzərdən keçirirlər.
Bayno-Gittensin Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.