Volkov oynadı, Gürcüstan heç-heçə etdi

  • Bu gün, 10:12

Futbol üzrə Gürcüstan millisi Kabo Verde yığması ilə yoldaşlıq oyunu keçirib.

Sportlife.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahibləri birinci hissənin sonunda hesabı açsalar da, 80-ci dəqiqədə penaltidən qol buraxıblar.

"Zirə"nin gürcü hücumçusu Davit Volkov 54-cü dəqiqədə oyuna daxil olub.

Qeyd edək ki, Gürcüstan millisi bundan əvvəlki üç matçında Ermənistana 3:0 və 6:1, bu ay Farer adaları komandasına isə 1:0 hesabı ilə qalib gəlmişdi.


Paylaş: