
Ronaldu rekordu yenilədi
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu rekordunu yeniləyib.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu buna İspaniya millisi ilə UEFA Millətlər Liqasının finalında vurduğu qolla nail olub.
O, yığmada 138-ci dəfə fərqlənməklə şəxsi göstəricisini daha da yaxşılaşdırıb. Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.
Ronaldu, həmçinin UEFA Millətlər Liqasının finalı tarixində ən yaşlı futbolçu olub.
Qeyd edək ki, Portuqaliya finalda İspaniyanı penaltilər seriyasında məğlub edərək kuboku başı üzərinə qaldırıb.