Hər iki oyun səfərdə olacaq

  • Bu gün, 14:07

"Bakı"nın kişi həndbolçulardan ibarət komandası Avropa Kubokunun II təsnifat mərhələsində "Oxrid"lə (Şimali Makedoniya) hər iki oyunu səfərdə keçirəcək.

Sportlife.az xəbər verir ki, oktyabrın 11-də gerçəkləşəcək ilk matçda "Bakı", ertəsi gün isə "Oxrid" meydan sahibi olacaq.

"Bilyanini İzvori" İdman Kompleksində keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-a təyin olunub.


Paylaş: