
Dünya Oyunları: Zaretska finalda
Azərbaycan karateçisi İrina Zaretska Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında mübarizəyə başlayıb.
Sportlife.az xəbər verir ki, 68 kq-da çıxış edən dünya çempionu rəqiblərinə qalib gələrək finala yüksəlib.
Dünya çempionumuzun həlledici görüşdə rəqibi İsveçrə təmsilçisi Elena Quirici olacaq.