Dünya oyunlarında 4-cü medal

  • Dünən, 15:15

Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında daha bir medal qazanıb.

Sportlife.az xəbər verir ki, kikboksinqçimiz Amin Quliyev (63,5 kq) fəxri kürsüyə yüksəlib. O, Oyunlarda gümüş medal qazanıb.

Qeyd edək ki, bununla da Azərbaycan komandasının Dünya Oyunlarında qazandığı medal sayı 4-ə çatıb. Daha əvvəl qadın karateçi İrina Zaretskaya (68 kq), Danil Abbasovla Murad Rəfiyevdən ibarət akrobatika dueti və gimnastikanın tamblinq növü üzrə millimizin üzvü Tofiq Əliyev fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Azərbaycan hazırda medal sıralamasında 46-cıdır.


Paylaş: