
Fiziyevin növbəti rəqibi bilindi
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti döyüşünün vaxtı bəlli olub.
Sportlife.az xəbər verir ki, UFC təmsilçimizin oktyabrın 11-də oktaqona çıxacağını açıqlayıb.
Fiziyevin rəqibi braziliyalı Çarles Oliveyra olacaq. Görüş Rio-de-Janeyroda keçiriləcək.
Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə iyunun 21-də Bakıdakı UFC gecəsində çilili İqnasio Bahamondesə qalib gəlib.