MOK və AKF arasında anlaşma

  • Dünən, 18:34

Milli Paralimpiya Komitəsi və Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sportlife.az xəbər verir ki, memorandumu MOK-un baş katibi Toğrul Rəhimov və AKF-də analoji vəzifəni tutan Qabil Sayadov imzalayıblar.

Memorandum parakarate idman növündə əlilliyi olan şəxslərin idman fəaliyyətinin dəstəklənməsi, bacarıqlarının artırılması və onların müvafiq istiqamətdəki digər ehtiyaclarının müəyyən edilərək dəstəklənməsi üçün birgə addımların atılması və parakaratenin təbliği istiqamətində münasibətlərini əhatə edir.


Paylaş: