Millimiz Bakını tərk etdi

  • Dünən, 13:58

Yoldaşlıq görüşü çərçivəsində Latviya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

Sportlife.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib. Komandamız iyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq. 

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Paylaş: