
Londonda vacib görüş
"İnter" rəhbərliyi "Komo"nun baş məşqçisi Sesk Fabreqas ilə danışıqları davam etdirir.
Sportlife.az xəbər verir ki, iyunun 4-ü axşam saatlarında Milan klubunun nümayəndələri Londonda 38 yaşlı mütəxəssislə görüşüb.
Daha əvvəl "Komo"nun prezidenti Mirvan Suvarso Fabreqası klubda saxlamaqda qərarlı olduğunu bildirib.
İspan mütəxəssis 2024-cü ildən "Komo"da çalışır. Onun müqaviləsi 2028-ci ilə qədərdir.