Millimiz Andorra ilə üz-üzə

  • Bu gün, 10:45

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində 4-cü oyununu keçirəcək.

Sportlifa.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan kollektiv Andorra yığması ilə qarşılaşacaq. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 17:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi hazırda 6 xalla qrupda 2-cidir. İlk pillədə 7 xalı olan Macarıstan yığması qərarlaşıb. Şimali Makedoniya 3 xalla 3-cü, Andorra isə 1 xalla sonuncudur.


Paylaş: