Bu gün ölkə çempionu bəlli olacaq

  • Bu gün, 11:13

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq.

Sportlife.az xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda qarşılaşma keçiriləcək.

Saat 13:00-da "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gələcək.

Saat 16:00-da final qarşılaşması baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində təşkil olunacaq.


Paylaş: