Paralimpiya çempionumuz zirvədə

  • 13 Avqust 2025, 14:07

Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.

Sportlife.az xəbər verir ki, Azərbaycanın Paralimpiya çempionu İmaməddin Xəlilov 662.85 xalla 70 kq çəki dərəcəsində liderliyini davam etdirir.

58 kq-da Paralimpiadanın bürünc mükafatçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov isə 356.66 xalla üçüncü pillədə qərarlaşıb.

Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 21,60 xalla iki pillə irəliləyərək 28-ci sıraya yüksəlib, Orxan Cəfərov (80 kq) isə 24,74 xalla 30-cu yerdədir.


Paylaş: