
Millimizin legioneri ana oldu
Azərbaycanın məşhur atleti, dördqat Olimpiya iştirakçısı Anna Skidan ana olub.
Sportlife.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Anna Skidan çəkicatma üzrə 2015-ci il Universiadasının, 2017 və 2021-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi, 2016-cı il Avropa çempionatının bürünc mükafatçısıdır. Skidan 2023-cü ilin dekabrında Azərbaycan idmanına xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.