"Klub sayının artırılması müzakirə mövzusu ola bilər"
"Gələcəkdə Premyer Liqada klub sayının artırılması müzakirə mövzusu ola bilər".
Sportlife.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun üçün əvvəlcə infrastrukturu hazır etmək lazımdır: “Ən başlıcası isə stadionlar yaxşı olmalıdır”.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparır.