Rövşən Nəcəf: "Millimizə güvənirəm"

  • Bu gün, 11:28

"Kişilərdən ibarət futbol millimiz ötən il çətin sınaqlardan keçdi".

Sportlife.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf milli assosiasiyanın Hesabat Konfransında deyib.

"Ayxan Abbasovun rəhbərliyi altında müsbət irəliləyişlər oldu. Ona təşəkkür edirəm. Komandanın oyununda intizam artıb. "FIFA Series-2026" turnirindəki uğur bunun bariz nəticəsidir. Bir daha millini təbrik edirəm. Komandamıza güvənirəm. "Qarabağ"ın Avropa arenasındakı uğuru xüsusi qeyd olunmalıdır. Azarkeşlərə yaşatdığı hisslərə görə klub rəhbərliyinə təşəkkür edirəm", - deyə Rövşən Nəcəf vurğulayıb.

AFFA prezidenti 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq U-20 dünya çempionatı ilə bağlı fikirlərini də bildirib: "Bu yarış iki qitədə keçiriləcək. Bunu Avropa və Asiya arasında bağ kimi qiymətləndirə bilərik. İnanıram ki qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birlikdə çalışacağıq və səylərimiz müsbət nəticə verəcək".


Paylaş: