Portuqaliyalı müdafiəçi "Turan Tovuz"da

  • Dünən, 18:06

"Turan Tovuz" son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş Xorxe Silvanı transfer edib.

Klubdan Sportlife.az-a verilən məlumata görə, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Vətənində "Sportinq" B, "Leyşoeş" və "Pasoş Fereyra" kollektivlərinin formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.

Xorxe Silva son mövsümdə "Olimpiya"nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.


Paylaş: