
"Səbail" iranlı hücumçu aldı
“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti əcnəbi futbolçu transferini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, I Liqa təmsilçisi iranlı hücumçu Ali Babayi ilə 1 illik müqavilə imzalayıb.
24 yaşlı forvard son olaraq Kosovanın “Dukaqjini” klubunda çıxış edib.