İkiqat olimpiya çempionu viza ala bilmədi

  • Dünən, 17:35

Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Əbdülrəşid Sadulayev Zaqrebdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Sportlife.az xəbər verir ki, buna rusiyalı məşhur idmançının Şengen vizası ala bilməməsi səbəb olub. Onu Maqomed Kurbanov əvəzləyib.

Dünya çempionatı sentyabrın 13-dən 21-dək keçiriləcək.

Qeyd edək ki, Sadulayev 92 kq çəki dərəcəsində son dünya çempionudur.


Paylaş: