
11 qol buraxan yığmanın baş məşqçisi istefa verdi
Sergey Kleşenko Moldova millisinin baş məşqçisi vəzifəsindən istefa verib.
Sportlife.az xəbər verir ki, buna yığmanın uğursuz nəticələri səbəb olub.
Onun rəhbərliyi altında Moldova millisi 38 oyun keçirib, 12 qələbə qazanıb, 18 dəfə məğlub və 8 heç-heçə edib.
Sentyabrın 9-da Moldova millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə 1:11 hesabı uduzaraq tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Moldovalılar seçmə mərhələdə keçirdiyi 5 oyunda bir xal belə qazanmayıb və I qrupunda sonuncu yerdədir.