Türkiyə klubuna keçmək istəmir

  • Dünən, 14:36

"Eyüpspor" "Mançester Yunayted"in müdafiəçisi Tayrell Malasianı icarəyə götürmək istəyir.

Sportlife.az xəbər verir ki, hər iki klub Türkiyədə transfer pəncərəsi bağlanana qədər (12 sentyabr) keçidi başa çatdırmağı planlaşdırır. Lakin 26 yaşlı niderlandlı Türkiyəyə köçmək fikrində deyil.

O, ötən mövsümün ikinci yarısını icarə əsasında PSV-də keçirib. Meydana çıxdığı 12 matçda qol vura bilməyib.


Paylaş: