Cənubi Amerika rallisində faciə
Argentinada keçirilən Cənubi Amerika rallisində bir tamaşaçı ölüb.
Sportlife.az xəbər verir ki, hadisə Mina Klaverodakı yarışın final mərhələsində baş verib. Paraqvaylı Didye Arias və Ektor Nunyesin idarə etdiyi "Volksvagen Polo" avtomobili idarəetməni itirərək trekdən kənara çıxıb və tamaşaçılara çırpılıb.
Qəza nəticəsində 3 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 25 yaşlı şəxs ağır vəziyyətdə olduğundan, həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa, 40 yaşlı qadının topuğu sınıb, qızı isə yüngül xəsarətlər alıb.
Ekipaj üzvləri arasında ciddi xəsarət alan olmayıb.