Bundesliqada ən yaxşı 2-ci göstərici

  • Bu gün, 10:45

"Bavariya" Bundesliqanın 30-cu turunda "Ştutqart"ı 4:2 hesabı ilə məğlub edərək, vaxtından əvvəl çempionluğu təmin edib.

Sportlife.az xəbər verir ki, komandanın baş məşqçisi Vensan Kompani üçün bu, Bundesliqada 50-ci qələbə olub. Belçikalı mütəxəssis buna 64 matçda çatıb və ən yaxşı 2-ci göstəriciyə imza atıb. 

Almaniya çempionatının tarixində yalnız bir məşqçi 50 qələbəyə daha tez çata bilib ki, bu, "Bavariya"ya rəhbərlik etmiş Xosep Qvardioladır (61 oyun).


Paylaş: