İki şahmatçımız mükafatlandırıldı
Polşada şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.
Sportlife.az xəbər verir ki, qitə çempionatında, müvafiq olaraq, 2-ci və 3-cü yeri tutan Azərbaycan təmsilçiləri Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub.
Qeyd edək ki, Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda 4-cü yeri tutan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıblar.