Mourinyo "Real"a qayıda bilər
"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real"a qayıda bilər.
Sportlife.az xəbər verir ki, onun namizədliyi Madrid klubunun rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.
İddiaya görə, klub prezidenti Florentino Peres portuqaliyalı mütəxəssisin "Santyaqo Bernabeu"ya mümkün qayıdışını müzakirə etmək üçün onunla görüşməyi planlaşdırır. Klub son mövsümlərin nəticələrindən narazıdır və mümkün məşqçi dəyişikliyinə hazırlaşır.
Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər "Real"da çalışıb, orada La Liqa və Kral Kubokunu qazanaraq "Barselona"nın dominantlığına son qoyub. Məşqçinin özü Madridə qayıtmaq fikrinə açıqdır.