"Ayaks" "Beşiktaş"a "yox" dedi

  • Dünən, 15:09

"Ayaks" "Beşiktaş"ın hücumçu Mikki Qodts üçün təklifini qəbul etməyib.

Sportlife.az xəbər verir ki, türk klubu 20 yaşlı belçikalı üçün 10 milyon avrodan çox təklif edib. Qarşı tərəf isə hazırda futbolçunu satmaq fikrində olmadığını bildirib.

"Beşiktaş"ın yeni təklif hazırladığı iddia olunur. Türkiyədə transfer pəncərəsi sentyabrın 12-dək açıq olacaq.

Qots ötən mövsüm 47 matçda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: