Mbappedən Salaha: "Real"a gəl"

  • Dünən, 12:07

"Liverpul"un vingeri Məhəmməd Salah karyerasını "Real"da davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, Madrid klubunun hücumçusu Kilian Mbappe 33 yaşlı cinah hücumçusunu oynadığı komandaya dəvət edib.

Salahın özü "Liverpul"la yeni müqavilə imzalasa da, yayda İspaniya klubuna keçə bilər.

Ötən mövsüm misirli futbolçu 52 oyun keçirib, 34 qol vurub və 23 məhsuldar ötürmə edib.


Paylaş: