
U-21-i Bolqarıstanla oyuna kim çıxaracaq?
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisini Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə oyuna çıxaracaq məşqçi müəyyənləşib.
Sportlife.az xəbər verir ki, komandanı meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.
Qeyd edək ki, sentyabrın 9-da "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 18:00-da start götürəcək.
Ayxan Abbasov isə əsas millini DÇ-2026-nın seçmə mərhələsində sabah Ukrayna yığması ilə Bakıda keçiriləcək qarşılaşmaya çıxaracaq.