"Lion" futbolçusunu Belçika klubuna satdı

  • Dünən, 16:00

"Antverpen" "Lion"un yarımmüdafiəçisi Mamadu Diavaranı transfer etməyə yaxındır.

Sportlife.az xəbər verir ki, 20 yaşlı futbolçu Belçika klubuna icarə əsasında keçəcək. "Antverpen" 2025/26 mövsümündən sonra oyunçunu 3 milyon avroya ala bilər.

Diavara tibbi müayinədən keçmək üçün Belçikaya getməyə icazə alıb. Bu ölkədə transfer pəncərəsi sentyabrın 8-də bağlanır.


Paylaş: