"Barselona"da ciddi itki

  • Dünən, 12:32

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq zədə səbəbindən La Liqanın 4-cü turunun "Valensiya" ilə oyununu buraxacaq.

Sportlife.az xəbər verir ki, niderlandlı futbolçu sentyabrın 18-də Çempionlar Liqasında “Nyukasl”la oyuna hazır olmalıdır.

O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşa ilə matçda (1:1) aldığı zədədən sonra yığmanın heyətindən kənarlaşdırılıb. Futbolçuya sağ ayağının xarici obturator əzələsinin yüngül zədəsi diaqnozu qoyulub.


Paylaş: