Millinin baş məşqçisi məsuliyyəti üzərinə götürdü

  • Bu gün, 12:50

Danimarka millisinin baş məşqçisi Brayan Rimer DÇ-2026-ya vəsiqə uğrunda pley-off finalında Çexiyaya məğlubiyyəti şərh edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis məsuliyyəti öz üzərinə götürüb:

"Əlbəttə ki, danimarkalılara ən yüksək mükafatı - həm oyunçuların, həm də ölkəmizin hamımızın arzuladığı DÇ vəsiqəsini verə bilmədiyimiz üçün məyusuq. Məsuliyyət bizim çiyinlərimizdədir. Uğursuz olduq və komandanı mundiala apara bilmədik".

Qeyd edək ki, Danimarka əsas vaxtı 2:2 başa çatan matçın penaltilər seriyasında rəqibinə uduzub.


Paylaş: