
Marsyal Meksikaya köçür
AEK-in hücumçusu Antoni Marsyal "Pumas"a keçə bilər.
Sportlife.az xəbər verir ki, Meksika klubu ölkədə transfer pəncərəsi bağlanana qədər əcnəbi hücumçu ilə müqavilə imzalamağa çalışacaq. Tərəflər arasında danışıqlar davam edir. AEK futbolçunu icarəyə verməyə hazırdır, lakin fransız maaşının azaldılmasına razı deyil.
Meksikada transfer pəncərəsi sentyabrın 12-də bağlanacaq.