Türam "qızıl dubl" arzulayır

  • Bu gün, 16:30

"İnter"in hücumçusu Markus Türam İtaliya Kubokunun yarımfinalının ikinci oyununda "Komo" üzərində 3:2 hesablı qələbəni şərh edib.

Sportlife.az xəbər verir ki, fransalı forvard fantastik matç keçirdiklərini bildirib:

"Bu mövsüm 2 kubok qazanmaq gözəl olardı. Biz əlimizdən gələni edirik və bu sevinci azarkeşlərə bəxş etmək istəyirik".

"İnter" finalda "Atalanta" - "Latsio" cütünün qalibi ilə qarşılaşacaq.

Komanda A Seriyasında vahid liderdir və ən yaxın izləyicisini 12 xal qabaqlayır.


Paylaş: