"Çempionluq yarışı hələ bitməyib"
"Real"ın baş məşqçisi Alvaro Arbeloa La Liqanın 33-cü turunda "Alaves" üzərində 2:1 hesablı qələbəni şərh edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis çempionluq mübarizəsinin davam etdiyini bildirib:
"Bavariya" ilə matçdan sonra danışdıq və qərara gəldik ki, qalan 7 oyunda qalib gəlməliyik; məqsədimiz budur. Bir oyun getdi, altısıə qaldı. Riyazi olaraq, çempionluq yarışı hələ bitməyib. Mübarizə hələ də davam edir".
Qeyd edək ki, Liqanın bitməsinə 6 tur qalmış "Real" "Barselona"dan 6 xal geridədir.