114 illik antirekord təkrarlandı

  • Bu gün, 14:34

"Çelsi" İngiltərə Premyer Liqasında uğursuz göstəriciyə imza atıb.

Sportlife.az xəbər verir ki, XXXIV turda "Brayton"a 0:3 hesabı ilə uduzan London təmsilçisi liqa tarixində 114 il sonra ardıcıl beşinci qolsuz məğlubiyyətini alıb.

"Çelsi" Premyer Liqada bu halla sonuncu dəfə 1912-ci ilin noyabr ayında üzləşib.

Qeyd edək ki, Liam Rosenyorun komandası daha əvvəl "Mançester Yunayted" (0:1), "Mançester Siti" (0:3), "Everton" (0:3) və "Nyukasl"a (0:1) uduzub. “Zadəganlar” hazırda turnir cədvəlində 48 xalla 7-ci yerdədir.


Paylaş: