"Barselona"nın Yamalla bağlı xahişi

  • Bu gün, 13:47

"Barselona” rəhbərliyi hücumçusu Lamin Yamalla bağlı xüsusi xahiş irəli sürüb.

Sportlife.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi İspaniya millisinin məşqçilər heyətindən Yamalın mundialın ilk iki qrup oyununda meydana çıxarılmamasını xahiş edib. Səbəb isə onun tam hazır olmaması və riskin yüksək olmasıdır.

Söhbət Kabo-Verde və Səudiyyə Ərəbistanı yığmaları ilə keçiriləcək oyunlardan gedir. İspaniya millisinin məşqçilər heyəti 18 yaşlı futbolçunun vəziyyətini diqqətlə izləyəcək və son qərar tibb işçilərinin rəyindən sonra veriləcək.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.


Paylaş: