"Real" Rüdigerdən cavab gözləyir

  • Bu gün, 14:54

"Real”ın müdafiəçisi Antonio Rüdiger yayda komandadan ayrıla bilər.

Sportlife.az xəbər verir ki, 33 yaşlı futbolçu “kral klubu”nun müqavilənin müddətinin uzadılması təklifini hələ qəbul etməyib. Üstəlik, onun üçün adı açıqlanmayan başqa bir klubdan da ciddi maliyyə təklifi gəlib.

Rüdiger hazırda həm “Real”da qalmaq, həm də yeni variantı dəyərləndirmək arasında qərarsızdır. Yekun qərar hələ verilməyib.

Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 23 oyuna çıxıb və 1 qol vurub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.


Paylaş: