"Əl Əhli" Asiya çempionu oldu
Asiya Çempionlar Liqasının qalibi bəlli olub.
Sportlife.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Əhli" klubu finalda Yaponiyanın "Maçida" klubu ilə qarşılaşıb.
Ərəb klubu rəqibinə 1:0 qalib gələrək turniri qazanıb.
Matçdakı yeganə qolu isə Feras Albrikan vurub.
Qeyd edək ki, "Əl Əhli” ardıcıl ikinci dəfə Asiya Çempionlar Liqasının ən güclüsü adını qazanır.