"Real" argentinalını icarəyə göndərəcək
“Real”ın 18 yaşlı vingeri Franko Mastantuono mövsümün sonunda komandanı tərk edə bilər.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” argentinalı futbolçunu yay transfer pəncərəsində icarəyə göndərməyi planlaşdırır.
Hazırda oyunçu ilə İngiltərə Premyer Liqasının təmsilçiləri – “Vest Hem”, “Brayton” və “Tottenhem” yaxından maraqlanır.
“Real” Mastantuononu ötən yay Argentinanın “River Pleyt” klubundan, 45 milyon avroya transfer etmişdi. Gənc vinger cari mövsümdə bütün turnirlərdə 30 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.