"Milan" ciddi dəyişikliklər edəcək
“Milan” yay transfer dövründə heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəhbərliyi yarımmüdafiəçi Ardon Yaşari və hücumçu Kristofer Nkunkunun çıxışından məmnun deyil və hər iki futbolçu ilə yolların ayrılması mümkündür. Klub bu oyunçular üçün gələcək təklifləri dinləməyə hazırdır. “Milan” onların transferinə ümumilikdə təxminən 80 milyon avro xərcləyib və bu məbləğin bir hissəsini geri qaytarmağı hədəfləyir.
Yaşari cari mövsümdə 13 oyunda 1 məhsuldar ötürmə verib. O, Luka Modriç və Samuel Ricci ilə rəqabətdə geridə qalıb.
Nkunku isə 30 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Ancaq o, gözləntiləri tam qarşılamadığı üçün tənqid olunur.
“Milan” hazırda heyəti yenidən formalaşdıraraq, növbəti mövsüm üçün daha güclü komanda qurmağı planlaşdırır.