“Qarabağ”dan qələbə, “Neftçi” “Kəpəz”lə sülh bağladı

  • Dünən, 21:00

Mayın 2-də Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olub. “Zirə” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Dünən daha iki oyun keçirilib. Günün ilk matçı Şamaxıda olub. “Şamaxı” doğma meydanda “Səbail”i qəbul edib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün son oyununda “Sabah” səfərdə “Araz-Naxçıvan”la görüşüb. Bu görüşdə də 1:1 hesabı qeydə alınıb.

Tura bu gün yekun vurulub. Əvvəlcə çempionluğu rəsmiləşdirən “Qarabağ” “Sumqayıt”la qarşılaşıb. Qurban Qurbanovun komandası bu oyunda inamlı qələbəyə sevinib.

Turun son matçında isə “Neftçi” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası, 33-cü tur

2 may

Zirə – Turan Tovuz 1:0
Qol: Salifu Suma, 48.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 53 Şahmar Aşurov, 48. Ramiz Muradov, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.

3 may

Şamaxı – Səbail 1:1
Qollar: Alfons Msanqa, 33 – Rüfət Abdullazadə, 67-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov 18. Cəlal Hüseynov 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 20. Leroy Mikels (k) 93. Brahim Konate 30. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 14. Vüsal Məsimov 23. Murad Vəliyev 19. Fəxri Məmmədli 12. Maykl Tuik 66. Vasiliye Bakiç
Baş məşqçi: Ayxan Abbasov

Səbail: 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 97. Oruc Məmmədov 10. David Qomis 99. İnnosent Nşuti 4. Marko Nikoliç 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 22. Mirabdulla Abbasov 77. Fərid Nəbiyev 18. Süleyman Əhmədov 19. Samir Abdullayev 16. Emin Rüstəmov 89. Ömər Qurbanov 44. Amir Bilali 7. Madi Queta 5. Gitay Sofir
Məşqçi: Elvin Məmmədov

Araz-Naxçıvan – Sabah 1:1
Qollar: Ülvi İsgəndərov, 20 – Vensan Till, 43.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Liv Bona Dea Arena”

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro (k), 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 12. Vensan Till.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 4. Sofian Çakla, 3. Con İrasabal, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.

4 may

Qarabağ – Sumqayıt 2:0
Qol: Benzia, 59. Kadi Borges, 82.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 24. Aleksey İsayev 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

Sumqayıt: 36. Xəyal Fərzullayev 7. Rövlan Muradov 17. Murad Xaçayev (k) 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 21. Nihad Əhmədzadə 95. Miloş Miloviç 12. Giorgi Karaişvili 23. Ronaldo Vaskez 60. Tresor Mossi 9. Bobir Abdixolikov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 94. Rəşad Əzizli 6. Vüqar Mustafayev 24. Sənan Muradlı 64. Kənan Feyziev 19. Roi Kehat 11. Momo Yansane 99. Silvanus Nimeli 5. Alan Dias 77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov

Neftçi – Kəpəz 2:2
Qol: Aleks Fernandes, 24. Emin Mahmudov, 90+6-pen – Luis Paçu, 50. Camal Cəfərov, 62.
Qırmızı vərəqə: E.Camalov, 70-ci sarı vərəqə (“Neftçi”)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Arena”

Neftçi: 93. Rza Cəfərov (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 4. Elvin Camalov 91. Ağadadaş Salyanski 99. Ervin Koffi 44. Yuri Matias 9. Bassala Sambu 88. Andrey Ştoqrin 11. Aleks Fernandes
Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 8. Emin Mahmudov 17. Rəhman Hacıyev 7. Azər Əliyev 90. Ramil Şeydayev 78. Elcan Əbilov 47. Murad Məmmədov 14. Edvin Kuç 22. Dembo Darbo 77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov

Kəpəz: 1. Rojerio Santos 2. İlkin Qırtımov 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 19. Sadiq Şəfiyev 26. Valdemar Almeyda 78. Yeqor Xvalko (k) 11. Trent Buhagiar 3. Mahamadu Ba 10. Karim Lkoça 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 5. Rauf Hüseynli 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 9. Luis Paçu 28. Rati Ardazişvili
Baş məşqçi: Azər Bağırov


Paylaş: