Baqa iddialara aydınlıq gətirdi - Sportlife.az-a danışdı!

  • Bu gün, 14:57

Aleksey Baqa "Sumqayıt"ın sükanı arxasına keçəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.

Belaruslu mütəxəssis bununla bağlı Sportlife.az-a açıqlama verib.

O, klubdan heç kimlə danışığının olmadığını bildirib.

Baqanın "Təklif olsa, "Sumqayıt"a gələrsinizmi" sualımıza cavabı isə belə olub: "Bu haqda çox düşünmək lazımdır".

Qeyd edək ki, Aleksey Baqa daha əvvəl də "Sumqayıt"a başçılıq edib. O,  2021-ci ilin dekabrından 2022-ci ilin sentyabrınadək komandanın sükanı arxasında olub və uğursuz nəticələrə görə istefaya göndərilib.


Paylaş: