Veteran futbolçumuz "Real"da

  • Bu gün, 15:37

“Araz-Naxçıvan”ın U-19 komandasının məşqçisi Ruslan Əmircanov İspaniyanın “Real Madrid” klubunun akademiyasında olub.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan millisinin sabiq futbolçusu bildirib ki, bu, onun üçün çox möhtəşəm təcrübə olub: “U-11 və U-14 komandalarının məşq prosesini izlədim. Uşaqların məşqə yanaşma tərzləri, düşüncələri, məşq zamanı verdikləri tez qərarlar və ən əsası, yaşlarının az olmasına baxmayaraq tamamilə peşəkar olmalarının şahidi oldum. Bizim akademiyalarda da bacarıqlı uşaqlar var. Hamımız bir olub, hər birimiz öz işimizlə ciddi şəkildə məşğul olsaq, futbolumuz da qabağa gedər. Sadəcə olaraq, bunu doğrudan da istəmək lazımdır”.

O, səfər zamanı Braziliya millisinin və “Real Madrid” komandasının əfsanələrindən hesab edilən Marselo ilə də görüşüb.


Paylaş: