UEFA-dan "Çelsi"yə jest

  • Bu gün, 16:06

İngiltərənin "Çelsi" klubuna növbəti mövsüm üçün avrokubok turnirini seçmək hüququ verilə bilər.

Sportlife.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Komanda İngiltərə Premyer Liqasını Çempionlar Liqası zonasında bitirərsə və Konfrans Liqasının qalibi olarsa, seçim qarşısında qala bilər ki, bu da klubun Avropa Liqasında iştirakını təmin edəcək.

Bu halda UEFA-nın əsasnaməsinə uyğun olaraq, “zadəganlar” 2025/2026 mövsümündə iştirak edəcəyi turniri özü seçəcək.

Qeyd edək ki, "Çelsi" Premyer Liqada 63 xalla beşinci sırada yer alıb. İngiltərə çempionatında ilk 5 yeri tutan kollektivlər qitənin ən nüfuzlu klub turnirinə vəsiqə əldə edəcəklər.

London təmsilçisi Konfrans Liqasının finalında İspaniyanın "Betis" klubu ilə qarşılaşacaq. Görüş mayın 28-də Polşada baş tutacaq.


Paylaş: