Rafinyaya görə dünyanın ən yaxşı liqası

  • Dünən, 17:36

Daha əvvəl "Lids Yunayted"də çıxış etmiş "Barselona"nın hücumçusu Rafinya Premyer Liqa haqqında danışıb.

Sportlife.az xəbər verir ki, braziliyalı hücumçu İngiltərə çempionatını dünyanın ən yaxşı liqası adlandırıb:

"APL oynamaq və izləmək üçün ən yaxşı liqadır. Bu liqada siz rəqibdən asılı olmayaraq bütün matç boyunca hər iki komandanın hücum etdiyini izləyirsiniz".

Rafinya 2020-2022-ci illərdə "Lids"də çıxış edib. Bu müddət ərzində o, İngiltərə klubunun heyətində 67 matçda iştirak edib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib.


Paylaş: