
Olmo İngiltərə nəhənginin hədəfində
"Mançester Siti" "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu transfer etməyi düşünür.
Sportlife.az xəbər verir ki, ispaniyalı futbolçunun transferində “şəhərlilər"in baş məşqçisi Pep Qvardiola maraqlıdır.
Klub heyətini oyunu idarə etmək, qol epizodları yaratmaq və hücumları başa çatdırmaq qabiliyyətinə malik çoxtərəfli yarımmüdafiəçi ilə gücləndirmək istəyir. Bu mənada Olmo bu mövqe üçün prioritet hədəfdir.
“Barselona” və Olmonun özünün mümkün transferlə bağlı mövqeyi hələlik məlum deyil.