Ən çox penaltini "Qarabağ" vurub

  • Bu gün, 12:33

Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ən çox penalti yerinə yetirən komanda müəyyənləşib.

Sportlife.az Peşəkar Futbol Liqasının açıqladığı statistikaya istinadla xəbər verir ki, “Qarabağ” bu göstəricidə bütün klubları qabaqlayıb - 7 dəfə. Təyin olunan 11 metrlik cərimə zərbələrinin hamısı qolla nəticələnib.

Ağdam təmsilçisi 4 dəfə isə penalti ilə cəzalandırılıb ki, bunların 2-si dəqiq, 2-si isə qeyri dəqiq olub.

Ötən mövsüm ən çox 11 metrlik cərimə zərbəsi yerinə yetirən digər komandalar “Zirə” və “Turan Tovuz”dur. “Qartallar” 6 zərbədən 5-də qol sevinci yaşayıbsa, Tovuz təmsilçisi cəmi 3 dəfə hədəfə düşə bilib.

Növbəti pillələrdə, müvafiq olaraq, “Sabah”, “Kəpəz” (hər ikisi 5), “Araz-Naxçıvan”, “Neftçi” (hər ikisi 4), “Sumqayıt” (3), “Səbail” (2) və “Şamaxı” (1) yer alıb.

Ötən mövsüm qapısına ən çox penalti təyin olunan komanda isə “Şamaxı” (7) olub.

Qeyd edək ki, komandalar 2024/2025 mövsümündə ümumilikdə 43 penalti vurub ki, bunun da 34-ü qolla nəticələnib.


Paylaş: