
Tanınmış futbolçu MLS-ə köçür
"Tottenhem"in hücumçusu Son Xin-Min "Los-Anceles"ə keçmək üçün şifahi razılığa gəlib.
Sportlife.az xəbər verir ki, 33 yaşlı futbolçu London klubu ilə son matçına bazar günü "Nyukasl"la yoldaşlıq oyununda (1:1) çıxıb. Matçdan sonra isə cənubi koreyalı 10 ildən sonra klubu tərk edəcəyini açıqlayıb.
Son MLS təmsilçisinə keçidini tamamlamaq üçün "Tottenhem"lə birlikdə Böyük Britaniyaya qayıtmayıb.